G. S. Fridunbəyova




Fridunbəyova Güney Salam qızı 05.09.1986-ci ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Sumqayıt şəhəri 20 saylı orta məktəbə qəbul olunub və 2004-cü ildə həmin məktəbi bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 2008-ci ildə həmin fakültənin bakalavr pilləsini fərqlənmə diploma ilə bitirib. 2008-2011-cı illərdə BDU-nun jurnalistika fakültəsində Televiziya və radio jurnalistikası kafedrasında magistratura pilləsi üzrə təhsilini davam etdirib. 2011-ci ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
2010-cu il tarixindən BDU jurnalistika fakültəsi “Jurnalistika” elmi-tədqiqat laboratoriyasında elmi işçidir. 2011-ci ildən etibarən BDU jurnalistika fakültəsinin Televiziya və radio jurnalistikası kafedrasının dissertantıdır. “ Müasir Azərbaycan media mühitində müsahibə janrı ” möv­zu­sun­da namizədlik işi üzərində çalışır. 
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komis­siya­sı­nın qeydiyyatından keçmiş müxtəlif elmi jurnallarda 6 elmi məqaləsi çap olunub. 
2011-ci ildən etibarən BDU jurnalistika fakültəsində saathesabı qaydada seminar dərsləri aparır. 
Ailəlidir, bir övladı var.

Комментариев нет:

Отправить комментарий