N. İ. Ağayeva



Ağayeva Nigar İkram qızı 1986-ci il aprel ayının 27-də Bakı şəhərində anadan olub. 2002-ci ildə 193 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. Həmin fakültəni 2006-cı ildə fərqlənmə diplomu ilə bakalavr, 2009-cu ildə fərqlənmə diplomu ilə magistr pillələrini bitirib. 2003-2004-cü illərdə “Эхо” qəzetində, 2004-ci ildə “Lider” teleradio şirkətində müqavilə əsasında fəaliyyət göstərmişdir. 

2011-ci ildən BDU-nun Jurnalistika fakültəsinin “Jurnalistika” Elmi-tədqiqat laboratoriyasının elmi işçisidir. 2012-ci ildən həmin fakültənin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dissertantıdır. Hazırda “Azərbaycan Xalq Cümhuriyyət dövründə rusdilli mətbuat (1918-1920-ci illər)” mövzusunda tədqiqat işi aparır. 

2008-ci ilin may ayında Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli jurnalistika: tarix, ənənə, müasirlik”, 2011-ci ilin noyabrında İssık-kulda “Elm və ali təhsilin aktual problemləri”, 2011-ci ilin noyabrında Rusiyada “Qloballaşma şəraitində humanitar elmlərin problem və perspektivləri”, 2012-ci ilin may ayında Bakıda “Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi” mövzusunda elmi konfanslarda iştirak edib. 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komis­siya­sı­nın qeydiyyatından keçmiş müxtəlif elmi jurnallarda 16 elmi məqaləsi çap olunub. 2013-cü ildən Bakı Dövlət Universitetin Gənc Alimlər Şurasının üzvüdür. 2014-cü ildə 8 mart Beynəlxalq qadınlar günü münasibətilə BDU-nun əmək fəaliyyəti ilə fərqlənən işçisi kimi Rektorluq adından təşəkkür elan edilib.

Ailəlidir, 2 övladı var.






Комментариев нет:

Отправить комментарий