V. Z. Əliyev

Əliyev Vüqar Zifər oğlu 1978-ci il oktyabr ayının 12-də Bakı şəhərində anadan olub. 1995-ci ildə 190 № orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika ixtisasına qəbul olunub. Həmin ixtisas üzrə 1999-cu ildə fərqlənmə diplomu ilə bakalavr, 2001-ci ildə yüksək nəticələrlə magistr pillələrini bitirib. 1997-2001-ci illərdə mətbuatda çalışıb. Dövri mətbuatda analitik və informativ janrlarda yazılmış 100-dən artıq məqalənin müəllifidir. 

2001-ci ildən BDU-nun Jurnalistika fakültəsinin əməkdaşıdır. 2001-2004-cü illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında, 2004-2006-cı illərdə isə beynəlxalq jurnalistika kafedrasında baş laborant vəzifəsində çalışıb. 2006-cı ildən Beynəlxalq jurnalistika kafedrasının müəllimi (0,5 ştat), 2011-ci ildən daxili dosentidir (0,5 ştat). 2010-cu ildən «Jurnalistika» Elmi Tədqiqat Laboratoriyasının müdiri, aparıcı elmi işçisidir. Eyni zamanda «Oğuz» Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyinin təsisçisi və rəhbəridir.

Bakalavr pilləsində - “Yeni dünya jurnalistikası”, “PR texnologiyası”, magistratura pilləsində - “Xarici ölkələrin müasir KİV sistemi”, “Beynəlxalq informasiya mübadiləsi: forma və metodları”, “Xaricdə müxbir məntəqələrinin iş xüsusiyyətləri” fənlərini tədris edir.

Üç kitabın («Ön və Orta Asiya Türklərinin tarixinə dair dörd anonim mənbə» (Bakı, 2003); «X əsr yəhudi-xəzər yazışması» (Bakı, 2009); «Sirr» (Bakı, 2013)) və iki monoqrafiyanın («Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı» (Bakı, 2006); «Media imperiyası» (Bakı, 2012)) müəllifi, bir neçə kitabın və bir dərsliyin («Dünya jurnalistika tarixi» (Bakı, 2010)) redaktorudur. İxtisasla bağlı 28 elmi məqalənin və dörd tədris proqramının, üç medodik vəsaitin müəllifidir. 2005-ci ildə jurnalistika ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib, "Jurnalistika" indeksi üzrə filologiya elmləri üzrə fəlsəfə doktorudur.

2010-cu ilin fevral ayının 4-6-da Rumıniyanın Buxarest şəhərində YUNİSEF-in xətti ilə keçirilmiş «Uşaq hüquqları və jurnalistika» praktik seminarının iştirakçısıdır. 2010-cu il dekabrın 2-5-də Lefkedə (K.K.T.C.) Beynəlxalq Avroasiya Ekonomik İlişkilər Dərnəyi və Lefke Avropa Universitetinin birgə təşkil etdikləri “XXI əsrdə Türk dünyası” beynəlxalq konfransında iştirak etmiş, “Ortaq Türk İnformasiya məkanının formalaşdırılması” mövzusunda çıxış etmişəm. Konfransda iştirak və çıxışıma görə Lefke Avropa Universitetinin rektoru tərəfindən təşəkkür bəlgəsi almışdır.

2003-cü ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizim Nazirliyinin keçirdiyi Gənc jurnalistlərin III Ümumrespublika müsabiqəsində «Elm və təhsil» nominasiyası üzrə «Qərbi Avropa dillərində türkizmlər» məqaləsinə görə I yerə laiq görülmüş, bununla əlaqədar fəxri fərmanla mükafatlandırılmışdır. 2005-ci ildə Azərbaycan Milli Mətbuatnın 130 illiyi münasibətilə BDU Rektoru tərəfindən təşəkkür almışam. 2011-ci ildə BDU rektoru tərəfindən «KİV-də BDU haqqında obyektiv, dolğun və davamlı məlumatların yayımlanmasına görə», 2014-cü ildə Ümummilli lider Heydər Əaliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar kemirilən mükafatlandırmada «ictimai fəaliyyəti»nə görə fəxri fərmanlarla təltif olunmuşdur. 

Rus, ingilis dillərini bilir. 

Ailəlidir, iki övladı var.

Комментариев нет:

Отправить комментарий