понедельник, 29 февраля 2016 г.

Газета «Азербайджан» - официальный печатный орган Азербайджанской Демократической Республики

Нигяр Икрам гызы Агаева
научный сотрудник 
научно-исследовательской 
лаборатории «Журналистика» БГУ

Создание официального государственного печатного органа было одним из основных задач новой независимой республики Азербайджан. Именно поэтому 3 июля 1918 года правительство Азербайджанской Республики приняло постановление об издании правительского органа печати «Новости правительства Азербайджанской Республики». Работа по обеспечению оборудованием было поручено министерству продовольствия. Другим постановлением за 27 июля совет министров поручил работу печатного органа «Новости правительства Азербайджанской Республики» министерству образования. Предусмотренные на выпуск два раза в неделю правительственные новости в основном печатали постановления правительства Азербайджанской Республики, принятые решения различных министерств, приказы, инструкции, информация о назначении и увольнении с должности различных лиц, государственные новости, объявления и т.д.

Azərbaycanda İnternet Jurnalistikası: Müsbət və Mənfi Yönləri ilə

Samir Xalidoğlu (Mirzəyev)
BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi

Azərbaycan jurnalistikası tarixinin elmi-nəzəri prinsiplərindən birini dövr­ləşmə təşkil edir. Bu prinsipcə mətbuatımızda 5 dövr fərqləndirilir: Azərbaycan jurna­lis­tika­sında hazırlıq dövrü (1875-ci ilə qədər), Azərbaycan milli mətbuatının və jurnalistika sisteminin yaranması mərhələsi (1875-1917), AXC dövrü jurna­listikası (1918-1920), Sovet dövrü mətbuatı (1920-1991) və müasir dövr jurna­listikası (1991-ci ildən indiyədək). Lakin bu bölgüdə fikrimizcə düzəlişə ehtiyac var. Bu ehtiyac xüsusilə sonuncu – müasir dövrdə özünü biruzə verir. Bu da heç şübhəsiz, son onillikdə yaranıb formalaşmış internet jurnalistikası ilə bağlıdır. Artıq neçə müddətdir ki, “jurnalistika” anlayışı “ənənəvi” və “internet” adlı iki qismə bölünüb. Və bütün dünyada olduğu kimi ölkəmizdə də internet jurnalistikası ənənəvi medianı sıxışdırmaq üzrədi. Və bu gedişatla bir müddətdən sonra ənənəvi media tarix səhifələrinə qovuşa bilər. Artıq bunu əksər öndə gedən
qəzet və jurnal redaktorları da təsdiq edirlər. İnternet mediası operativlik və cəmiyyəti mə­lu­mat­landırmaq baxı­mın­dan qəzetləri, hətta telekanalları da geridə qoymağı bacarıb. Nədir internet jurna­listikası? Nə vaxt yaranıb? Onun ənənəvi mediadan üstün və çatış­ma­yan cəhətləri hansılardır? Bu və bunun kimi digər suallara məqaləmizdə aydınlıq gətirməyə çalışacağıq.

“İnternet jurnalistikası” kompüter texnikası vasitəsiylə yaradılan, saxlanılan və ötürülən jurnalist işi olub, XX əsrin sonlarından başlayaraq internetin inkişafı sayəsində yaranmış yeni jurnalistika sahəsidir.

Современная языковая ситуация и язык СМИ

Нигяр Икрам гызы Агаева
научный сотрудник 
научно-исследовательской 
лаборатории «Журналистика» БГУ

Современная языковая ситуация весьма сложна. На литературный язык оказывают влияние такие разнородные факторы, как социальные изменения (перестройка, реформы), массовая культура, постмодернизм, Интернет и др. В результате в литературный язык вливаются средства различной, нередко противоположной стилистической окраски. Это приводит, как справедливо пишут многие исследователи, к демократизации литературного языка. Но воз­никает вопрос: как объединяются столь разнородные стилевые потоки в литературном языке? И здесь мы подходим к главной, центральной особен­ности современной языковой ситуации.

В условиях функционально-стилевого расслоения каждый функ­цио­наль­ный стиль манифестирует литературный язык. В каждом из них с большей или меньшей рельефностью обнаруживаются те или иные черты литературного языка. Однако языковое сознание общества нуждается в наглядной модели литературного языка, осуществляющей единство в многообразии на основе одного какого-либо стиля, выступающего в качестве своеобразного идеального представителя литературного языка.

Reklam və Azərbaycan region mediasında onun yeri

Günay Səmədqızı (Məmmədova)
BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi

Kütləvi informasiya vasitələrinin ən vacib ünsürlərindən biri reklamdır. Hər hansı bir müəssisənin öz məhsullarıni daha çox satmaq məqsədilə ilk atacaqları addım məhsulun reklamıdır. Həmin məhsulların reklamını işləyib hazırlamaq üçün isə reklam agentliklərinə müraciət edilir. Reklam agentliklərində hazırlanan reklamların çox hissəsinin yayımı kütləvi informasiya vasitələrinin payına düşür. Auditoriyanın diqqətini daha çox cəlb etmək məqsədilə həmin məhsulun reklamını vizual baxımdan daha gözəl işləyib hazırlamaq lazımdır. Reklamın dizaynını elə tərtib olunmalıdır ki, bu reklam insanlara daha yaxşı məlumat versin və insanlar həmin məhsulu daha çox almağa başlasın. Hər hansı bir reklamın istənilən nəticə əldə etməsi üçün öz alıcısına tanıtmaq üçün qəzetdə yoxsa radioda və ya telekanalda yerləşdirilməsi məsələsi gündəmə gəlir. Deməli reklam işinin mahiyyəti hər hansı bir məhsulun reklamının daha yaxşı hazırlanması və onun satışının artmasında medianın rolundan ibarətdir. Reklam məhsul istehsal edən şirkətlər arasında qiymət rəqabətindən sonra bir rəqabət faktorudur. 

I Dünya müharibəsi illərində Azərbaycanda satirik mətbuat (1914-1917)

Samir Xalidoğlu (Mirzəyev)
BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi

Birinci Dünya müharibəsi illərində cəmiyyətdəki ziddiy­yət­lərin son dərəcə kəskin bir hal alması, beynəlxalq irticanın azğın­laş­ması, müharibənin kapital dünyasına xas olan yaraları tam çılpaqlığı ilə açıb meydana qoyması satirik jurnalistikanın canlanmasına böyük təkan verdi. Belə bir jurnalistikanın inkişafı üçün “Molla Nəsrəddin”in yaratdığı gözəl ənənələr kimi qüvvətli bir məfkurəvi-ədəbi amil də vardı. Təsadüfi deyil ki, molla­nəsrəd­din­çi­lərin təsirilə mətbuatda satiranın qüvvətləndiyini görən C.Məmmədquluzadə özü­nəməxsus üslubla yazırdı ki, “heç bundan qabaq belə zarafatlar yox idi; indi hamı “Molla Nəsrəddin”ə baxıb, başlayıblar zarafatnan yazmağa”. (1, səh. 91)

1914-1917-ci illərdə Azərbaycanda nəşr olunan satirik mətbuat orqanları “Molla Nəsrəddin”, “Tuti”, “Məzəli”, “Babayi-Əmir”, həmçinin rus dilində çıxan “Biç”, “Djiqit” jurnallarından ibarət idi. İdeyaca müxtəlif mövqe tutan bu mətbuat orqanları istər tərtibat, istərsə də mövzu və məzmun etibailə “Molla Nəsrəddin”in yolu ilə getməyə çalışırdılar.

Beynəlxalq jurnalistikada janr problemi

Günay Səmədqızı (Məmmədova)
BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi

Qədim dövrlərdən bu günümüzədək minillər boyu insanlar biri-birinə məlumatın-informasiyanın ötürülməsi istiqamətində maraqlı yol qət ediblər. Bunun üçün müxtəlif üsullardan istifadə edilib, tonqallardan, rəmzlərdən, işarələrdən, danışıqdan kiçik yazı üsullarından, daha sonra təkmilləşdirilmiş dildən və nəhayət kompüter texnalogiyasına qədər yol keçmiş jurnalistikanı formalaşdırıb. Bu gün jurnalistika yerindən, məkanından asılı olmayaraq bütün dünyada cəmiyyətlər daxili məlumatlar alış-verişinə çevrilib. 

Jurnalistikanın ən mübahisəli məsələlərindən biri janrdır. ”Janrın siması sənətin əsrlər boyu inkişaf tarixində formalaşır. Nəzəriyyədə janrın, necə deyərlər, qədəri yoxdur” (8, s.248). 

Janr dövrün ehtiyaclarına, tələblərinə uyğun dəyişir və formalaşır. Məsələn, sovet dövründə qəzetləri bəziyən felyetona müasir mətbuat orqanlarında rast gəlmək, demək olar ki, mümkün deyil. 

Некоторые этические аспекты журналистского расследования

Гюнель Искендер кызы Оруджалиева
научный сотрудник научно-исследовательской 
лаборатории «Журналистика» 


Достаточно долгое время понятие «журналистское расследование» в отечественной прессе и в науке о журналистике воспринималось как синоним журналистского исследования действительности. И в этом плане оно обозначало собой сбор материала, связанного с анализом различных проблем общественной жизни, подготовкой выступлений прежде всего в жанрах аналитической статьи, очерка, фельетона. И лишь с началом перестройки общества в обиход отечественной журналистики вошло то понимание журналистского расследования, которое на Западе уже обозначало определенный жанр журналистских публикаций.

Bloq müasir jurnalistika janrı kimi

Günel İsgəndər qızı Orucəliyeva
BDU, "Jurnalistika" Elmi-tədqiqat laboratoriyası, elmi işçi

Dünyaya inteqrasiya həyatımızın bütün sferalarına təsirsiz ötüşmür. Mənfi və ya müsbət cəhətlərindən asılı olmayaraq, bu, qarşısıalınmaz və anlayışla qarşılanan bir prosesdir. Azərbaycan cəmiyyətinin müasir dünyanın çağırışlarına cavab verəcək qədər dinamik olduğunu göstərmək üçün çoxlu sayda nümünə sadalamaq mümkündür. Ölkəmizdə genişlənən internet imkanları, şəbəkə texnologiyalarının tətbiqi sahəsində MDB-də lider mövqeyimiz, son dövrlər mobil rabitənin ağlagəlməz şəkildə yayılması, elm müəssisələrində nanotexnologiyaların tətbiqi problemlərinin öyrənilməsinə başlanılması və başqa yenilikləri sadlamaq mümkündür.