G. S. Məmmədova

Məmmədova Günay Səməd qızı 04.02.1987-ci ildə Yevlax rayonunda anadan olub. 1991-ci ildə Yevlax rayonu 2 saylı orta məktəbə qəbul olunub, 1996-cı ildən Yevlax rayonu 8 saylı orta məktəbdə təhsilini davam etdirib və 2002-ci ildə həmin məktəbi bitirib.

2002-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olub, 2006-cı ildə həmin fakültənin bakalavr pilləsini bitirib. 2006-2008-ci illərdə BDU-nun jurnalistika fakültəsində magistratura pilləsi üzrə təhsilini davam etdirib. 2008-ci ildə magistratura pilləsini mətbuat tarixi ixtisaslaşması üzrə fərqlənmə diplomu ilə bitirib.

Bir müddət “Aztv” telekanalında və “Xalq” qəzetində müqavilə əsasında müxbir kimi çalışıb. BDU jurnalistika fakültəsinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dissertantıdır. “Azərbaycanın müstəqilik dövrü regional KİV-in inkişaf xüsusiyyətləri” möv­zu­sun­da namizədlik işi üzərində çalışır. 2011-ci il tarixindən BDU jurnalistika fakültəsi “Jurnalistika” elmi-tədqiqat laboratoriyasında elmi işçidir. 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komis­siya­sı­nın qeydiyyatından keçmiş müxtəlif elmi jurnallarda 10 elmi məqaləsi çap olunub. Ailəlidir, iki övladı var.

Комментариев нет:

Отправить комментарий