четверг, 27 октября 2016 г.

Azərbaycanda region televiziya kanallarının inkişaf meylləri

                   Günay Səməd qızı Məmmədova
BDU, elmi işçi
        Azərbaycanın Kütləvi İnformasiya Vasitələrinin inkişafında region televiziya şəbəkələrinin formalaşması mühüm rola malikdir. Televiziya izləyicilərinin qəzet və jurnal oxuyucularına nisbətdə çoxluq təşkil etməsini nəzərə alsaq bölgələrdə KİV-in inkişafının dönüm nöqtəsini region televiziya kanallarının yaranması ilə əlaqələndirmək daha doğru təhlil olar. Azərbaycanda ilk region telekanal Gəncədə 1994-cü ildə açılan Kəpəz Müstəqil Teleradio Şirkəti olub. Televiziyada əvvəlcə musiqili-əyləncəli proqramlar hazırlanıb.

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan mətbuatının xarici əlaqələri

Samir Xalidoğlu (Mirzəyev)
"Jurnalistika" ETL, elmi işçi 

XIX əsrin ikinci yarısından formalaşmağa başlayan Azərbaycan milli mətbuatı yarandığı ilk gündən qarşısına mühüm vəzifələr qoydu: yerli oxucuları dünyada baş verən ictimai-siyasi və mədəni hadısələrdən xəbərdar etmək, eyni zamanda Azərbaycan haqqında dünyaya məlumat ötürmək. Bunun üçün jurnalist və publisistlərimiz xaricdə nəşr olunan qəzet və jurnalları, teleqraf agentliklərini diqqətlə izləyərək xarici müxbirlərin əməyindən bəhrələnməyə başladılar. Bütün bunlar Azərbaycan mətbuatının xarici əlaqələrinin təşəkkül tapmasına yol açdı. Bu əlaqələrin yaranması isə heç şübhəsiz “Əkinçi” qəzeti və onun redaktoru H.Zərdabinin adı ilə bağlıdır.


Moskva Universitetinin məzunu olması, Avropa ölkələrinin tarixini və mədəniyyətini yaxşı bilməsi, müxtəlif ölkələrin qəzetlərinin materiallarına əsaslanması beynəlxalq məsələlərin işıqlandırılmasında H.Zərdabinin köməyinə gəlirdi. Qəzetin işıq üzü görmüş 56 nömrəsində istər Rusiyanın, istərsə də Avropanın qabaqcıl mətbuat orqanlarının məlumatlarından gen-bol istifadə edilmişdi. Bu materialların böyük əksəriyyətində ən mühüm beynəlxalq həyat məsələləri işıqlandırılmışdı.

вторник, 25 октября 2016 г.

Проблемы Русскоязычных СМИ в Интернет Пространстве Азербайджана


Нигяр Икрам гызы Агаева[1]
научный сотрудник научно-исследовательской лаборатории"Журналистика" 
Интернет-журналистика - новая разновидность журналистики, появившаяся в конце XX века с развитием и распространением Интернета.С развитием глобальной сети и доступа к ней, Интернет занял особое место среди средств массовой информации. Специфика Интернета позволила организовывать регулярное информационное вещание на широкую аудиторию без специального развертывания особой технической инфраструктуры.

Bloq Müasir Jurnalistika Janrı Kimi


Günel İsgəndər qızı Orucəliyeva[1]
"Jurnalistika" ETL, elmi işçi

Dünyaya inteqrasiya həyatımızın bütün sferalarına təsirsiz ötüşmür. Mənfi və ya müsbət cəhətlərindən asılı olmayaraq, bu, qarşısıalınmaz və anlayışla qarşılanan bir prosesdir. Azərbaycan cəmiyyətinin müasir dünyanın çağırışlarına cavab verəcək qədər dinamik olduğunu göstərmək üçün çoxlu sayda nümünə sadalamaq mümkündür. Ölkəmizdə genişlənən internet imkanları, şəbəkə texnologiyalarının tətbiqi sahəsində MDB-də lider mövqeyimiz, son dövrlər mobil rabitənin ağlagəlməz şəkildə yayılması, elm müəssisələrində nanotexnologiyaların tətbiqi problemlərinin öyrənilməsinə başlanılması və başqa yenilikləri sadlamaq mümkündür.