пятница, 9 декабря 2016 г.

Telexəbərin janr xüsusiyyətləri



Günel İsgəndər qızı Orucəliyeva
BDU, elmi işçi

Jurnalistika daim inkişafda olan ictimai-siyasi fəaliyyət sahəsidir və bu sferada çalışan jurnalist kadrların peşə hazırlığı onların nəzəri və təcrübi kamilliyi əsas məsələdir. Hazırda müasir jurnalistlərimiz jurnalistika sahəsində bir sıra köhnə metod və formalardan imtina etmiş, milli mətbuatımızın qarşısında qoyulan yeni vəzifələrə uyğun olaraq fəaliyyət göstərirlər.
Janr bizə çatdırılan bu və ya digər informasiya formasıdır. “Janr fikrin, ideyanın, real hadisə və faktların, konkret məqsəd və vəzifə, predmet, dil-üslub, həcm, zaman və məkan özünəməxsusluğu üsulu ilə tarixən formalaşmış kompozisiya və məzmun vəhdətində ifadə olunması formasıdır” [1, s.12]. Jurnalistikanın ədəbiyyatdan fərqli olaraq, öz janrları var və bu janrların hər birinin əsası real faktlar, hadisələr, insanlardır.