понедельник, 29 февраля 2016 г.

Beynəlxalq jurnalistikada janr problemi

Günay Səmədqızı (Məmmədova)
BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi

Qədim dövrlərdən bu günümüzədək minillər boyu insanlar biri-birinə məlumatın-informasiyanın ötürülməsi istiqamətində maraqlı yol qət ediblər. Bunun üçün müxtəlif üsullardan istifadə edilib, tonqallardan, rəmzlərdən, işarələrdən, danışıqdan kiçik yazı üsullarından, daha sonra təkmilləşdirilmiş dildən və nəhayət kompüter texnalogiyasına qədər yol keçmiş jurnalistikanı formalaşdırıb. Bu gün jurnalistika yerindən, məkanından asılı olmayaraq bütün dünyada cəmiyyətlər daxili məlumatlar alış-verişinə çevrilib. 

Jurnalistikanın ən mübahisəli məsələlərindən biri janrdır. ”Janrın siması sənətin əsrlər boyu inkişaf tarixində formalaşır. Nəzəriyyədə janrın, necə deyərlər, qədəri yoxdur” (8, s.248). 

Janr dövrün ehtiyaclarına, tələblərinə uyğun dəyişir və formalaşır. Məsələn, sovet dövründə qəzetləri bəziyən felyetona müasir mətbuat orqanlarında rast gəlmək, demək olar ki, mümkün deyil. 


Prof F. Mehdi mətbuat janrlarının ümumi mənzərəsini belə təqdim edir: “xəbər, hesabat, müsahibə, reportaj, korrespondensiya, məqalə, icmal, resenziya, məktub, mətbuat xülasəsi, zarisovka, oçerk, felyeton, pamflet və təmsil, şarj, parodiya. Bu siyahiya esse, gündəlik, səfərnamə, bədii-publisistik, tərcümeyi-hal, xatirə, bədii nitq, nekroloq”.

В. В. Ворошилов isə «Журналистика» kitabında aşağıdakı janrları qeyd edir- xəbər, hesabat, müsahibə, reportaj, korrespondensiya, məqalə, resenziya, icmal, zarisovka, oçerk, felyeton, pamflet, yumor, ironiya. 

İnsanların tələbləri dövrə uyğun dəyişdikcə jurnalistikanın ifadə üsulları da dəyişir. Bəzi janrlar sıradan çıxır, yeni janrlar əmələ gəlir. Bu gün istər mətbuatımızda, istərsə də radio və televiziyada qeyd etdiyimiz janrların bir çoxuna rast gəlmək olmur. Hazırda Avropa və Amerikanın jurnalistika nəzəriyyəsindəki janr bölgüsü reallığı daha çox əks etdirir- xəbər, rəy və araşdırma jurnalistikası. Bu gün müasir mediamızda araşdırma azdır, rəy həddindən artıq çox. Mətbuatda daha çox xəbərə rast gəlinir. Ümumiyyətlə demək olar ki, xəbər jurnalistikanın ən çox yayılmış janrıdır və hər zaman aktual janr olmuşdur. 

Qeyd etmək lazımdır ki, qəzetdə janr rəngarəngliyinin gözlənilməsi həmin mətbuatı daha maraqlı edir. Yazının həcminin uzadılması nəinki oxucunu sıxır, hətta həmin yazıya olan diqqəti də azaldır. Az sözlə, fikri dəqiq və aydın çatdırmaq peşəkar jurnalistə xas olan cəhətdir. Jurnalistika darıxdırıcı və sıxıcı olmamalıdır. 

Uzun müddət jurnalistika məhz sosioloji, tarixi aspektdən öyrənildiyinə görə onun öz kateqoriyaları gec yaranmış və jurnalistika bir elm sahəsi kimi qəbul edilməmişdir. 

Müasir dövrümüzdə jurnalistikada çoxlu sayda janr mövcud olsa da, onların dördü beynəlxalq jurnalistika üçün daha səciyyəvidir:

1. xəbər;

2. korrespondensiya; 

3. oçerk;

4. analitik şərh.

Hər bir cəmiyyətdə, dil və mədəniyyət mühitində mətbuatın öz standartları və ənənələri var. Məsələn, bəzi cəmiyyət və dillərdə ən mühüm informasiya məqalənin sonunda verilir. Başqa cəmiyyətlərdə isə əksinə, mühüm informasiya ön plana çıxır. 

Lakin beynəlxalq mətbuatda ən müxtəlif mədəniyyətlərin insanlarının mətni başa düşməsi üçün zəruri olan ümumi qəbul edilmiş standartlara əsaslanır. Beynəlxalq jurnalistikanın bəzi aspektləri beynəlxalq nəşrlərin oxucularının böyük əksəriyyətinin hər gün həddindən artıq material oxuyan işgüzar’ insanlar və ya beynəlxalq arenada çox məhşur fiqurlar olmasından irəli gəlir. Onların bütün materialı oxumaq üçün vaxtları az olduğundan çox zaman yalnız ilk sətirlərə göz gəzdirirlər.

Bu ünsürlər əsas götürülərək beynəlxalq jurnalistikada xəbərdə dörd xüsusiyyət vacib hesab olunur:

1. yalnız faktlar;

2. detallarla zənginlik;

3. şəxsi fikrin göstərilməməsi;

4. informasiyaya bağlılıq və aktuallıq.

Nəzəri olaraq, xəbərləri yazmaq çox asandır, lakin təcrübədə bu, kifayət qədər çətin ola bilər. Çətinlik ondadır ki, həddindən artıq fakt var və “nəyi atmaq lazımdır?” sualı ilə qarşılaşmalı olursan. Faktların sadalanması ilə bağlı da problemlər meydana gəlir və bu zaman “hansı daha mühümdür?” sualı baş qaldırır. 

Xəbəri yazarkən diqqət yetirilməli bəzi detallar var:

o vaxtın əhəmiyyəti: birinci və ikinci abzaslarda “NƏ VAXT” sualına cavab verilməli;

o hadisə üçüncü şəxsin dilindən getməli; 

o qısa cümlə və abzaslar olmalı


Təhlil elementləri olan xəbər məqaləsinin (korrespondensiya) xüsusiyyətləri:

2. faktların sadəcə sadalanması ilə kifayətlənməməli;

3. hadisələr kontekstdə izah edilməli;

4. faktlara əsaslanaraq, istiqamət verməli;

5. informativ olmalı və balanslaşdırılmalı.

Obyektivlik və balanslaşdırılmaq nədən ibarətdir:

o subyektivizmə yol verilməməli;

o faktlara əsaslanmalı;

o faktların mənbəsi göstərilməli;

o təhlil bu faktlara əsaslanmalı;

o əgər hansısa fikir bildirən mənbədən sitat gətirilibsə, qarşı tərəfin fikrinə yer verilməli.

Beynəlxalq jurnalistikanın normalarına görə ənənəvi olaraq abzasda bir cümlə, cümlədəki sözlərin maksimal sayı 25 (giriş hissəsi/lid üçün 20 söz) olmalidir. Bir abzasda bir ideya olmalı, mətn divarından qaçılmalı (xüsusən də internetdə), dəqiq tarixlər göstərilməli (məs:“sonuncu həftə ərzində” yox, “iyulun 15-dən”), əvvəldə ən mühüm faktlar sadalanmalı, əhəmiyyəti daha az olan faktlar isə sona yaxın verilməlidir (“çevrilmiş piramida” prinsipi).
Beynəlxalq jurnalistikada oçerkin xüsusiyyətləri bunlardır:

o illüstrativ janrdır;

o əhvalatdan bəhs edir;

o canlı təqdim edilən surətləri, koloriti olur;

o xəbər və korrespondensiya ilə müqayisədə daha uzun olur (1500-2000 söz).

Oçerklər oxucunu hadisə yerinə aparır, sanki oxucu jurnalistin gözləri ilə görür. Ona görə də, oçerkin giriş hissəsi/lidi əsas, həlledici elementdir. 

Lid:

o əhval-ruhiyyəni çatdırmalı;

o surət yaradıb təxəyyülü işə salmalı;

o oxucunu hadisənin baş verdiyi yerə aparmalıdır. 

Lid:

o hesablaşmaq vasitəsi;

o hisslərinizi çatdırmaq vasitəsi;

o emosiyalarını ifadə etmək vasitəsi deyil.


Şərhin əsas xüsusiyyətləri:

o vacib bir şey çatdırmalı;

o inandırıcı arqumentlər gətirməli;

o məlumatla əsaslandırılmış tənqidə davam gətirməli;

o müəllifə diqqət verən oxucu üçün aydın olmalıdır.

Şərh hesablaşmaq vasitəsi, hisslərinizi çatdırmaq vasitəsi, emosiyalarını ifadə etmək vasitəsi deyil.

Hər bir material:

o öz üslub və dəsti-xəttinə malik olmalı;

o faktların səliqəli toplanışı, təhlili və qiymətləndirilməsi üzərində qurulmalı;

o bir mövzuya fokuslanmalı;

o canlı, bəzən də ziddiyyətli üslubda yeni rakurs təqdim etməli;

o oxucuları mövzuya yeni nöqteyi-nəzərdən baxmağa vadar etməli;

o danışmayıb göstərməli;

o oxucunu fikirlərlə konfrontasiya etməyib nümunələrdən istifadə etməli;

o fikri müəllifin təcrübəsinə deyil, mövzuya cəmləməli;

o bir tonda ardıcıl olmalı (bir ton seçib onu izləyin).

Şərh mövzudan asılı olaraq formal və qeyri-formal ola bilər

Ananalitik məqalə adətən üç hissədən ibarət olur:

1. giriş hissə / lid.

2. əsas hissə.

3. nəticə.

Burada məqalənin üç hissəsindən hər birinin üzərində daha ətraflı durmaq lazımdır. Lid giriş hissə, birinci abzasdır. 

Məqsəd:

o oxucunun fikrini dərhal cəlb etmək;

o məqalənin mahiyyətini bir, qısa cümlədə çatdırmaq. 

Giriş hissəsinin iki növü var:

İcmal növü xəbər məqaləsi üçün səciyyəvi olub, əsas faktları ümumiləşdirir və kompakt şəkildə mümkün qədər çox məlumat verir.

Nümunə:

Dünən Alma-Atada Avrasiya iqtisadi forumu işini başa çatdırmışdır. Forum artıq ikinci dəfədir ki, Qazaxstanda keçirilir. Forumun işində MDB və əcnəbi dövlətlərdən olan biznesmenlər, siyasətçilər, ictimai xadimlər və ekspertlər iştirak etmişlər. Forumun nəticələri bir çox müşahidəçilər tərəfindən birmənalı qiymətləndirilmir. 
Emosional lid oçerklər üçün səciyyəvidir. Məqalənin ab-havasını çatdırmaq üçün hadisə, epizod və ya surətlərdən istifadə edir. 

Əsas hissə

Bütün material ümumi olmalı və bir mövzuya aid olmalıdır. Quruluş çox yaxşı təşkil edilməlidir. Bu o deməkdir ki:

o müəllif mənzərəni təsvir edir;

o mövzuya aid olmayan məlumat təqdim etmir ki, oxucunu yayındırmasın.

Oxucunun hadisəni izləyə bilməsi üçün abzaslar məntiqi ardıcıllıqla bir-birinin ardınca gəlməlidir. Materialın nəqli zamanı aşağıdakı səciyyəvi səhvlərə yol verilməməlidir:

o təkrarlar/ duplikasiyalar;

o uzun sitatlar;

o mövzuya aid olmayan məlumat. 

Ümumi quruluş vahid xətt üzərində qurulmalıdır (hadisə ümumiləşdirici cümlələr və ya abzaslarla kəsilə bilər). Çox vaxt məqalənin quruluşu xronoloji və ya tematik olur. Əgər əmin deyilsinizsə, xronologiyadan istifadə edin: zaman ən yaxşı hadisə mexanizmidir. 

Məqalənin nəticəsi

o Burada yeni məlumat olmamalıdır.

o Bu məqalənin nəyə görə əhəmiyyəli olduğunu oxucuya xatırlatmaq; 

o Hadisənin sona çatdığını oxucuya hiss etdirmək; 

o Oxucunun yeganə və mühüm fikir/ideya ilə təkbətək qoymaq;

o Bu davamlı təəssürat oyatmaq üçün sizin sonuncu şansınızdır. 




Резюме

В научной статье подробно говориться о жанрах, принятых в международной журналистике. Автор расследует актуальные проблемы жанров в международной журналистике и их особенности, используя зарубежную литературу и интернет ресурсы.



Summary

This article is talked from genres accepted in the international journalism. Author the most urgent genres of the international journalism using foreign language press and internet innofmation and she investigates their features/ 



Ədəbiyyat siyahısı


1. Briggs A., Burke P. Medyanın toplumsal tarihi İstanbul , 2004

2. Mehdi F. Bədii publisistika Bakı,1984

3. Mehdi F. Mətbuat janrları Bakı, 1996

4. Məmmədli C. Jurnalistikanın müasir inkişaf meyilləri Bakı, 2006

5. Ворошилов В.В. Журналистика , 2001

6. Засурский Я.Н. СМИ вступают в эпоху мобильной коммуникации, Вестник МГУ, серия Журналистика, 2005

7. Ковский В.Е. Литературный процесс 60-70 х годов. М., 1983

Комментариев нет:

Отправить комментарий