"Jurnalistika" ETL

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin “Televiziya və radio jurnalistikası” kafedrasının nəzdində dövlət büdcəsindən maliyyələşdirilən Jurnalistika elmi tətqiqat laboratoriyası 05 may 2010-cu ildən fəaliyyətə başlayıb. Laboratoriyanın müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Əliyev Vüqar Zifər oğludur. Laboratoriyada 5 elmi işci- Günel OrucəliyevaSamir Mirzəyev, Nigar AğayevaGünay Məmmədova, Güney Firudinbəyova,  fəaliyyət göstərir.

“Jurnalistika” ETL əsas istiqamətlərindən biri KİV sahəsində toplanan yaradıcılıq təcrübəsini elmi-nəzəri və pratiki cəhətdən ciddi təhlilə cəlb etmək, Azərbaycan milli mətbuatında qazanılmış zəngin təcrübəni dərindən araşdırıb ondan bəhrələnmək, dünya informasiya qaynaq­larından faydalanmaqdan ibarətdir. Həmçinin Azərbaycanda kütləvi informasiya vasitələrinin müasir inkişaf mərhələsində özünü biruzə verən meyillərin sistemli şəkildə izlənilməsi, təhlili və ümumiləşdirilməsi “Jurnalistika” ETL-in araşdırmalı olduğu işlər sırasındadır. Laboratoriyanın əməkdaşları respublika mətbuatında və elmi jurnallarda mövzulara uyğun yazılarla çıxış edib. 

Fəaliyyət göstərdiyi müddət ərzində laboratoriya əməkdaşlarının müəllifliyi ilə 75 elmi məqalə (onlardan 11-i xaricdə olmaqla), unudlmaz müəllim və peşəkar jurnalist Nəsir İmanquliyevin və professor Şirməmməd Hüseynovun biblioqrafiyaları, 5 tədris proqramı, 3 tədris metodiki vəsait, 1 monoqrafiya çap olunmuşdur. Son ik il ərzində əyani və qiyabi şəkildə ondan yuxarı beynəlxalq konfransda iştirak edilmişdir.



Комментариев нет:

Отправить комментарий