понедельник, 14 декабря 2015 г.

Sərlövhə axtarışı yaradıcılıq prosesi kimi

Günel İsgəndər qızı Orucəliyeva

BDU, "Jurnalistika" Elmi-tədqiqat laboratoriyası, elmi işçi



İctimaiyyətin həyatında mühüm faktorlardan biri hesab edilən məlumat özünəməxsus yaradıcılıq xüsusiyyətlərinə malik olan kütləvi informasiya vasitələrindən biridir. Hər bir qəzet və ya jurnal dərc etdiyi materialların dolğunluğuna, informasiya yeniliyinə, səliqəli, cəlbedici tərtibatına görə başqa KİV-dən fərqlənməyə çalışır. Bu, bilavasitə auditoriyanın nüfuzunu qazanmağa, mətbuat orqanının öz reytinqinin qalxmasına xidmət edir.

Jurnalistikanın nəzəri modelləri

Günel İsgəndər qızı Orucəliyeva 
BDU, "Jurnalistika" Elmi-tədqiqat laboratoriyası, elmi işçi


Ən pis adamın da söz azadlığı hüququ olmayınca,
heç bir cəmiyyət tamamilə azad ola bilməyəcək.
Milosh Forman

Biz artıq böyük tarixi tərəqqilərin baş verdiyi bir dövrdə yaşayırıq və bu dövrdə bir elm sahəsi olaraq jurnalistika da önəmli inkişaf yolu keçir, yeni əsr media qarşısında yeni tələblər qoyur. XXI əsr – elektron informasiya vasitələrinin getdikcə daha sürətlə inkişafı və “informasiyalı cəmiyyət” əsridir. Elə bu səbəbdən də jurnalistika da yeni-yeni yaradıcılıq yollarının axtarışında olmalıdır. İnformasiyalı cəmiyyətdə mətbuat xalq ruhunu ifadə etməsi ilə, real həyatı, kütlələrin həyatını hərtərəfli və düzgün işıqlandırır, dövlətin, xalqın mənafeyinə xidmət göstərir, həyat hadisələrinə dərindən nüfuz edir.

Печатные электронные СМИ Азербайджана

Нигяр Икрам кызы Агаева
научный сотрудник научно-исследовательской
лаборатории «Журналистика»

В настоящее время активно развивается и совершенствуется новый вид распространения журналистской продукции – электронные версии СМИ, которыми обзаводятся телевизионные каналы, радиостанции, газеты, журналы. Электронные версии печатных газет появились благодаря возникновению глобаль­ной Сети. Будучи одним из самых крупных достижений XXI века - международная сеть Интернет - послужила причиной образования нового вида Средств Массовой Информации. Во всём мире уже наряду с печатным вариан­том СМИ существуют и интернет сайты. Сайт это деятельность какой-либо орга­низации в интернете. Такие сайты имеют свои особенности и в форме подачи материала, и в способах распространения, и типологические особен­ности, и в способах своего оформления. Одной из особенностей электронной версии газеты является то, что она постоянно обновляется, часто хорошо иллюстрирована. Другой особенностью электронных версий газет является их гипертекстовая верстка, которая позволяет быстро находить различные мате­риалы, ссылки, в связи с чем, чтение электронной версии газеты оказы­вается более осмысленным, содержательным, может быть, и более разнооб­раз­ным. Электронные версии газет позволяют читателю получать в свое распоряжение все виды информации – и аудиовизуальную, и текстовую. Однако новые виды СМИ уступают печатной прессе, как правило, в уровне аналитичности [1,с.43-51]. В зависимости от задач сайта, особенностей его целевой аудитории, содер­жательно-тематической модели и его имиджа опре­деляется структура – состав, строение и заполнение его электронных страниц.

воскресенье, 13 декабря 2015 г.

Русский язык в коммуникативном пространстве современного Азербайджана

Агаева Нигяр Икрам гызы
научный сотрудник научно-исследовательской 
лаборатории «Журналистика»



Еще каких-то пару десятков лет назад русский язык на территории бывшего СССР был распространен повсеместно. На нем велось обучение во многих школах, вузах, подавляющее большинство печатных изданий также выходило на великом и могучем, да и телевидение было преимущественно русскоязычным. 

В результате этот язык Пушкина и Достоевского настолько прочно вошел в нашу жизнь, что на нем выросло в нашей стране целое поколение так называемых русскоязычных граждан. Несмотря на то, что родным языком для многих из них является азербайджанский, они разговаривают преимущественно на русском в быту, в стенах собственного дома, с друзьями. Но с распадом Советского Союза и обретением независимости языковая ситуация в корне изменилась. Государственный язык у нас теперь один - азербайджанский. В 2002 году был издан указ Гейдара Алиева «О государственном языке Азербайджанской Республики», согласно которому всё делопроизводство должно было вестись на азербайджанском языке [7]. Магазинные вывески, бланки, печати на русском языке стали заменяться на азербайджанские. 

Regional mətbuata dövlət dəstəyi

Məmmədova Günay Səməd qızı
“Jurnalistika” ETL, elmi işçi


Azərbaycan mətbuatının tarixini mütəxəssislər 4 mərhələyə ayırırlar - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövr, Cümhuriyyət dövrü, sovetlər birliyi dövrü və müstəqillik dövrü. Azərbaycan mətbuatının bünövrəsi böyük maarifçi ziyalı alim Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə qoyulub. Böyük maliyyə çətinliklərinə baxmayaraq, “Əkinçi” qəzeti cəmi iki il fəaliyyət göstərib. “Əkinçi”nin nəşri dayandırılandan sonra da mətbuat tariximizdə önəmli rol oynayan qəzetlər, jurnallar nəşr olunmağa başladı. Cümhuriyyət dövründə isə mətbuatımız inkişaf dövrünə qədəm qoydu və “Əkinçi”nin qoyub getdiyi maarifçilik ideyalarını davam etdirdi. Sovetlər dönəmində isə bu sahədə jurnalistlərin peşəkarlığının və kadrların artması çox önəmli oldu. Sovetlər dövrünün mətbuatının birpartiyalı sistemin ideologiyası əsasında formalaşmasına baxmayaraq, o dövrdə Azərbaycan mətbuatı özünəməxsus şəkildə inkişaf edib. Məhz həmin dövrdə Azərbaycanın regionlarında qəzetlər nəşrə başladı. Bu nəşrlər tamamilə sovet ittifaqının ideologiyasını təbliğ etməklə özlərinə yaşamaq hüququ qazansalar da mətbuatın inkişafına təkan verdi. Bölgə camaatında qəzet oxumaq vərdişinin aşılanmasında bu qəzetlərin rolu böyük oldu. Qəzetlər əsasən kolxoz həyatından bəhs edirdi. Həmin dövrdə qəzetlərin adı da məhz kənd həyatı ilə bağlı idi. Müstəqillik dövründəki mətbuatın keçdiyi yolu isə iki hissəyə bölmək olar: 1998-ci ilə qədərki və 1998-ci ildən sonrakı dövr.
Müstəqilliyin ilk illərində qəzetlərin çapında problemlər yaşanır, əsasən 4 səhifədə çıxırdı. Gündəlik qəzetlər çox az idi.

“Şəlalə” jurnalının nəşri tarixindən

Samir Xalidoğlu (Mirzəyev)
BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi

Azərbaycan jurnalistikası tarixi xalqımızın qədim və zəngin mədəniyyət irsinin ayrılmaz tərkib hissəsidir. O, tariximizi dəqiq və dürüst öyrənməyin ən mötəbər qaynaqlarından biri kimi xüsusi əhəmiyyətə malikdir. Çünki neçə-neçə nəslin fikir və düşüncəsi, arzu və istəyi, ictimai-siyasi, ədəbi və mədəni görüşləri bu və başqa formada onların səhifələrində dəyər qazanmış, tarixə qovuşmuşdur. Təsadüfi deyildir ki, klassiklərimiz mətbuat, onun xidmətləri barədə yüksək fikirlər söyləmiş, onu “xalqın görən gözü, eşidən qulağı, danışan dili” adlandırmışlar. Əsrin əvvəllərində M.Ə.Rəsulzadə yazırdı: “Mətbuat mühüm milli qüvvələrdən biridir. O, milli iqtidarda dördüncü yerdə durur... Mətbuat millət fərdlərinin, jurnalistlərin şəxsi fikirlərini cəmiyyətə çatdırandır. O, dövrünün mədəniyyət carçısıdır... Mətbuatın rolunu, vəzifəsinin əhəmiyyətini öyrənmək üçün onun tarixini nəzərdən keçirmək vacibdir” [4, s.70-71].

Azərbaycan mətbuatı tarixinin hər bir dövrü, həmin dövrdə çıxan hər bir mətbu orqanın öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Jurnalistika tariximizdə elə mətbu orqanlar vardır ki, uzun müddət bu və ya digər səbəbdən az araşdırılmış və ya ümumiyyətlə, tədqiqatdan kənarda qalmışdır. Belə dövri nəşrlərdən biri də “Şəlalə” jurnalıdır. Jurnal 1913-cü il yanvarın 19-dan nəşrə başlamış və 1914-cü il martın 1-ə qədər fəaliyyət göstərmişdi. Bu müddət ərzində məcmuənin 56 sayı çapdan çıxıb ki, bunların da 47-si 1913-cü, 9-u isə 1914-cü ilin payına düşür. “Şəlalə” “ədəbi, ictimai, elmi, fənni məcmueyi-müsəvvərə” idi.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın region mətbuatında işıqlandırılması

Günay Səməd qızı Məmmədova
“Jurnalistika” ETL, elmi işçi


İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Bu reallığı nəzərə alan Prezident İlham Əliyev hələ hökumətin 2003-cü il noyabrın 17-də keçirilmiş ilk iclasında bölgələrin inkişafındakı fərqi mümkün qədər azaltmağı, bu sahədə balansa nail olmağı özünün iqtisadi siyasətinin prioritetlərindən biri elan etmişdi. Belə ki, həmin dövrdə respublikada müşahidə olunan dinamik iqtisadi inkişaf Bakıda və bir sıra iri şəhərlərdə qabarıq görünsə də, bölgələrdə bu prosesin ləng getməsi nəticəsində regional tarazlığın pozulması iqtisadiyyatın birtərəfli inkişafına səbəb olurdu. Hökumətin son 8 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanmışdır.
Ölkənin davamlı sosial-iqtisadi inkişafı iri infrastruktur layihələrinin reallaşdırılmasını zəruri edir. Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2003-2010-cu illərdə regionlarda 1500 kilometrə yaxın magistral yollar çəkilmiş və ya əsaslı təmir edilmiş, 800 kilometr respublika əhəmiyyətli, 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılmışdır.

четверг, 10 декабря 2015 г.

Müasir satirik janrların sənətkarlıq məsələləri

Günel İsgəndər qızı Orucəliyeva
BDU, "Jurnalistika" Elmi-tədqiqat laboratoriyası, elmi işçi

Müasir ictimai-siyasi şəraitdə tarixi dəyərlərə münasibətin yenidən qiymətləndirilməsi zərurəti meydana çıxdığından, bu hadisə cəmiyyətin müxtəlif məfkurə sahələrində elə bil çaşqınlıq yaratmışdır. Son vaxtlar XX əsrin əvvəlləri tənqidi realizmin tarixi mövqeyi və onun müasir şəraitdəki gərəkliyi məsələsi ətrafında dövri mətbuatda aparılan mübahisələr buna canlı misaldır. 
Bədii publisistikanın güclü bir qolu olan satirik jurnalistika cəmiyyətin həyatında rast gəlinən nöqsanlara qarşı mübarizədə mühüm ideoloji vasitədir. Tənqid və özünütənqidin olmadığı, ictimai işlərdə aşkarlığın çatışmadığı yerlərdə kütlələrin fəallığına bilavasitə zərər dəyir. Halbuki, məhz kütlələrin fəallığı vətəndaş cəmiyyəti quruculuğunun mühüm qüdrət mənbəyidir.
Kütləvi informasiya vasitələri bu mühüm işdə satirik publisistikaya, onun felyeton, pamflet, satirik oçerk, şeir və s. janrlarına tez-tez müraciət edir. Tənqidin aşkarlığı, onun publisistliyi və təsirliliyi satirik jurnalistlərin fəaliyyətini müəyyən edən əsaslardır.

среда, 9 декабря 2015 г.

Исследования СМИ Азербайджана в многополярном мире



Гюнель Оруджалиева Искендер кызы 

научный сотрудник 
научно-исследовательской
лаборатории «Журналистика»

Современную эпоху можно охарактеризовать как этап всеобъемлющей трансформации общества. Специфика этапа заключается в кардинальных изменениях всех социальных констант, определявших законы социального развития в ХХ веке. Новые структурные образования, организационные формы изменяют и модернизируют социальный дизайн. Рождающаяся на наших глазах, в режиме реального времени инфраструктура глобализации обладает такими беспрецедентными характеристиками, как масштаб новых структур, их системная сложность, социальная альтернативность, полиструктурность, деиерархичность или кластерный тип организации, глобальная синергия, мультикратия. 

Ortak Türk informasyon alanının formalaşdırılması ve ortak uluslararası informasyon teşkilatının ve iletişim araçlarının kurulması perspektifi

Vüqar Zifəroğlu (Əliyev)
“Jurnalistika” ETL, aparıcı elmi işçi, müdir


Medyanın önemi ve tesiri, zamanımızda polemige ihtiyacı olmıyan bir hakikatdır. Teknolojinin inkişafı medyayı süratle büyüyen bir güc haline dönüşmesini temin etmekdedir. Bu gün dunyanın yönetici güc merkezleri medyanın bilgilendirme ve yönlendirme tesirinden dolayı ona muhtacdırlar. Devletlerarası psikoloji, siyasal ve kültürel savaşlar artık silah ve mermi ile değil, medya ile yapılmaktadır. Uluslarası holdingler yeni pazarlar elde etmek için medyanın gücünden yararlanmakda, acımasız rakabet savaşında medyanın gücüne dayanmaktadırlar. 

вторник, 8 декабря 2015 г.

What is investigative journalism?



Gunel Orujalieva
scientist of the laboratory of scientific
investigation “Journalism”, 
a Doctor’s degree 


In the view of Journalismfund there is no final definition of investigative journalism. On the contrary – it should be a vivid process to strive for investigative journalism and any definition must be scrutinised over and over in an ongoing debate among journalists. However we would like to contribute to this debate by adding some crucial points from several parts of Europe. Research – proper research will give you focus and help you to decide who you'll target for key interviews. If you haven't done your research it will be obvious when you start interviewing. You will lose credibility and those you are interviewing will be less likely to open up. Make sure you are up to speed with new developments; know the background; know the key players and people who will talk; know what has been reported already. Remember that you are looking for a new angle, new information - something different that will take the story forward.

Üzeyir Hacıbəyli “Yeni iqbal” qəzetinin baş redaktoru, əsas jurnalist və publisisti kimi

Samir Xalidoğlu (Mirzəyev)
BDU, “Jurnalistika” elmi-tədqiqat laboratoriyası, elmi işçi

Azərbaycan professional musiqisinin banisi, görkəmli alim, pedaqoq, yazıçı və jurnalist. Bu sadalananlar hamısı Üzeyir bəy Hacıbəyliyə məxsusdur. Doğrudur, bu rəngarəng sahələrin hamısında o, eyni dərəcədə inkişaf etməyib, eyni səviyyədə parlamayıbdır, amma hər birində özünə görə yol tutub, mövqe qazanıb, milli operamızın, milli teatrın bünövrəsini qoyduğu kimi, yazıçı və jurnalist kimi də öz dəsti-xəttilə seçilib, tanınıbdır.

Üzeyir Hacıbəyli irsinin çox əhəmiyyətli bir hissəsini onun publisistikası təşkil edir. Ədib yaradıcılığa gənclik çağlarından başlamış, yorulmaq bilmədən Azərbaycan və rus dillərində dərc olunan dövrü mətbuatda məqalə, felyeton, resenziya, miniatür, səhnəcik, açıq məktub və s. formalarda yüzlərlə əsərini nəşr etdirmişdir. O, peşəkar jurnalist kimi bu sahənin sənət sirlərini, yaradıcılıq incə­liklərini, nəzəri problemlərini çox yaxşı bilmiş, müxtəlif illərdə zəmanəsinin apa­rıcı qəzet və jurnallarının felyetonçusu, tərcüməçisi, naşiri və redaktoru olmuş­dur. Onun redaktorluq etdiyi əsas mətbuat orqanlarından biri də “Yeni iqbal” qəzetidir. Orucov qardaşlarının elektrik mətbəəsində dərc olunan bu qəzet 1915-ci ilin aprelin 28-dən 1917-ci ilin iyulun 31-ədək fəaliyyət göstərmiş və bu müddətdə onun 662 sayı işıq üzü görmüşdü. Hacıbəylinin qəzetlə əməkdaşlığı 1915-ci ilin sentyabrından başlayır. Əvvəlcə jurnalist kimi fəaliyyətə başlayan alovlu publisist sentyabrın 11-dən (121-ci nömrədən) qəzetin “sükanı” arxasına keçir, ona redak­torluq etməyə başlayır. Oktyabr ayının 8-də rəsmi dairələr ona həm də naşirlik hüququ tanıyır. Bu barədə tanınmış tədqiqatçı Qulam Məmmədli yazır: “Qrado­naçalnik dəftərxanasından verilmiş 21482 nömrəli şəhadətnamədə Üzeyirbəy Hacıbəyova icazə verilir ki, özünün redaktorluğu və tam məsuliyyəti altında “Yeni iqbal” qəzetini nəşr etsin” [3, s.171].

Негативное влияние средств массовой информации на психическое здоровье общества




Агаева Нигяр Икрам кызы
научный сотрудник научно-исследовательской 
лаборатории «Журналистика»


В настоящее время огромное психологическое влияние на сознание и формирование личности человека оказывают средства массовой информации. Роль СМИ связана с их влиянием на различные этапы и стороны информационного процесса в обществе. Поток информации в современном мире настолько разнообразен и противоречив, что самостоятельно разобраться в нем не в состоянии ни отдельный человек, ни даже группа специалистов, поэтому сильное воздействие оказывают именно СМИ. СМИ сегодня – это мощный фактор воздействия на психологическое, социальное состояние людей, степень же влияние на молодежь – аудиторию с неокрепшим самосознанием, не устоявшимся мировоззрением – наиболее велика. 

понедельник, 7 декабря 2015 г.

Jurnalist araşdırması janr kimi

Günel Orucəliyeva
"Jurnalistika" ETL, elmi işçi


Jurnalistlər dünyanı dəyişməyə can atmamalıdırlar. Dünyanı dəyişmək istəyirsinizsə, ana olun, müəllim, ya da siyasətçi olun, çünki jurnalistin işi araşdırmaq, açıqlamaq, dünyanı göstərməkdir.

Maykl Q.Qartner




Jurnalistika daim inkişafda olan ictimai-siyasi fəaliyyət sahəsidir və bu sferada çalışan jurnalist kadrların peşə hazırlığı onların nəzəri və təcrübi kamilliyi əsas məsələdir. Hazırda müasir jurnalistikamız, jurnalistlərimiz jurnalistika sahəsində bir sıra köhnə metod və formalardan imtina etmiş, milli mətbuatımızın qarşısında qoyulan yeni vəzifələrə uyğun olaraq fəaliyyət göstərirlər. Jurnalistikamızın müasir dövrdə ən önəmli və eyni zamanda ən mübahisəli məsələlərindən biri janr problemidir. “Janr” fransız sözü olub, “genre”- növ deməkdir. Janr bizə çatdırılan bu və ya digər informasiya formasıdır. Jurnalistikanın ədəbiyyatdan fərqli olaraq, öz janrları var və bu janrların hər birinin əsası real faktlar, hadisələr, insanlardır. Hər bir janrın öz üslubu, öz quruluşu, qanunları, öz məqsədləri vardır. Eyni bir hadisə, fakt, mövzu bütün jurnalistika janrlarının predmeti ola bilər. Jurnalistika janrları haqqında dərs vəsaitinin müəllifi olan Famil Mehdi janrlar haqqında belə yazır: “Janr fikrin, ideyanın, real hadisə və faktların, konkret məqsəd və vəzifə, predmet, dil-üslub, həcm, zaman və məkan özünəməxsusluğu üsulu ilə tarixən formalaşmış kompozisiya və məzmun vəhdətində ifadə olunması formasıdır” [1, s.12]. Bu fikrə etiraz etmək mümkün deyil.