G. İ. Orucəliyeva

Orucəliyeva Günel İsgəndər qızı 1983-cü il iyun ayının 22-də Bakı şəhərində anadan olub. 2000-ci ildə 115 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. Həmin fakültəni 2006-cı ildə yüksək nəticələrlə bakalavr, 2010-cu ildə fərqlənmə diplomu ilə magistr pillələrini bitirib. 2002-2004-cü illərdə Azərbaycan Dövlət Radiosunun əməkdaşı, “Kainat” hazırlıq kurslarında müəllim kimi fəaliyyət göstərmişdir. 

2010-cu ildən BDU-nun Jurnalistika fakültəsinin “Jurnalistika” Elmi-tədqiqat laboratoriyasının elmi işçisidir. 2011-ci ildən həmin fakültənin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının doktorantıdır. Hazırda “Müasir Azərbaycan mətbuatında araşdırma jurnalistikası” və “Azərbaycan mətbuatında janrların dinamikası (transformasiyası)” mövzusunda tədqiqat işləri aparır. 

2012-ci ilin iyununda Krasnodarda “Sosial-humanitar və hüquqi istiqamətlər üzrə müasir problemlər”, 2012-ci ilin mayında Bakıda “Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi”, 2013-cü ilin aprelində Bakıda “Qloballaşma şəraitində sosial problemlərin həlli yolları” mövzusunda elmi konfanslarda iştirak edib. 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komis­siya­sı­nın qeydiyyatından keçmiş müxtəlif elmi jurnallarda 20-yə yaxın elmi məqaləsi çap olunub. 2014-2015-ci illərdə “Universitetdaxili 50+50” qrant proqramı əsasında “Azərbaycan internet mediasında janrların transformasiyası” layihəsi üzərində araşdırma işi aparıb. 2015-ci ilin noyabrında “Kaspi” Təhsil Şirkətinin və “Kaspi” qəzetinin birgə layihəsi çərçivəsində “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsində mükafata layiq görülüb.

Комментариев нет:

Отправить комментарий